Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

Uxnaaqiyn Xurelsux Monqolustanın yeni prezidenti seçildi

13:50:54 | 2021-06-10

Sizin reklam burda ola biler...

Hakim Monqol Xalq Partiyasının sədri və ölkənin keçmiş Baş Naziri Uxnaaqiyn Xurelsux Monqolustanın yeni prezidenti seçilib.

Monqolustan Seçki Şurasının açıqladığı nəticələrə görə, Uxnaaqiyn Xurelsux, təxminən 1 milyon 75 min seçicidən 820.000-dən çoxunun səsini qazanıb.

52 yaşlı yeni prezident bildirib ki, Monqolustan üçün əlindən gələni edəcək: "İnsanlar mənə etimad göstərdilər və mən Monqolustan üçün əlimdən gələni edəcəyəm”.

Səsvermənin nəticələrinə görə, ikinci yerdə 242 692 səslə (20,1 %) "Doğru insan - elektorat" koalisiyasından Danqaasurenqiyn Enxbat olub.

Demokrat Partiyasını təmsil edən Sodnomzunduyn Erdene isə seçkilərdə 72 394 səs (6,0 %) toplayıb.

Ölkədə seçici aktivliyi 52,69 faiz olduğu bildirilib.

Qeyd edək ki, Monqolustanda 2019-cu ildə edilən konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyət müddəti 6 ildir.




Digər Xəbərlər