Peyvəndin haram olduğunu deyən molla işindən oldu

Oxunub: 160

Türkiyənin Dənizli ərazisində molla insanları bir  yerə toplayaraq,  koronavirus əleyhinə vurulan vaksinlərin haram olduğunu  bildirib.
Oxuinfo.az xəbər verir ki,  məscidlə yanaşı  küçədə  gördüyü  insanları məlumatlandıran molla Ö.T. barəsində polisə  şikayət olunub.  Polis  fakt əlaqəli Ö.T. adlı  Çameli rayonunun mollasını nəzarətə  götürüb. Məlum olub ki, kişi insanlara zəng də  vuraraq,  peyvəndin haram olduğu deyirmiş.
Molla məsciddə  tutduğu vəzifəsindən uzaqlaşdırılıb. İnsanları peyvəndin haram olduğu iddiası ilə  bağlı barəsində  məhkəmə  işi açılıb.

Xəbər lenti
Çox oxunanlar