Prezident Ərdoğan: "Ümid edirəm ki, qadınlara qarşı zorakılığı tamamilə aradan qaldıracağıq"

Oxunub: 74

Oxuinfo.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 25 Noyabr Qadınlara Qarşı Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə sosial media hesabından açıqlama verib. Prezident Ərdoğan mesajında, "Hər sahədə qadınların haqq mübarizəsində yanında olduq və bundan sonra da davam edəcəyik. İnşallah, insani və mənəvi dəyərlərimizi gücləndirərək qadına qarşı şiddəti tamamilə aradan qaldıracağıq" 

Daha sonra Türkiyə prezidenti bilidirib ki, ümid edirəm ki, 25 Noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü inancımızın, sivilizasiyamızın və dəyərlərimizin qarşı durduğu bu problemin tamamilə aradan qalxmasında mühüm rol oynayacaq. "İnsan hüquqlarının pozulması olan qadınlara qarşı zorakılıq təəssüf ki, bütün dünyanın problemidir. Türkiyə bu problemə qarşı ən əhatəli və təsirli qanunvericiliyi olan ölkələr arasında birinci yerdədir. Ötən ilin iyul ayında biz Qadınlara Qarşı Zorakılıqla Mübarizə üzrə 4-cü Milli Fəaliyyət Planını elan etdik və 5 əsas məqsəd, 28 strategiya və 227 fəaliyyət müəyyən etdik. Biz dəyişən şərtlərdən və yaranan ehtiyaclardan asılı olaraq bütün lazımi hüquqi və inzibati tədbirləri görməyə davam edəcəyik. Əziz millətim... Unutmaq olmaz ki, qadın zorakılığı ilə mübarizə həm də analarımızın, həyat yoldaşlarımızın, qızlarımızın hüquqlarını, qanunlarını, namuslarını qorumaq mübarizəsidir. Bu problemin aradan qaldırılması bütün tərəflərin inamı, səyi və razılığı ilə mümkündür. Biz qadınların hər sahədə hüquqlar uğrunda mübarizəsində yanında olmuşuq və bundan sonra da olacağıq.

İnşallah, humanitar, mənəvi dəyərlərimizi gücləndirməklə qadına qarşı zorakılığı tamamilə aradan qaldıracağıq.

Xəbər lenti
Çox oxunanlar