Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

Türkiyənin yeni PUA-sı sınaqdan keçdi - VİDEO

08:56:38 | 2021-06-18

Sizin reklam burda ola biler...

Türkiyə istehsalı olan sabit qanadlı ALPAGU ağıllı PUA sistemi sursatlı sınaq atışını uğurla yerinə yetirib.

 

Oxuinfo.az xəbər verir ki, bununla bağlı görüntüləri Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir öz tvitter səhifəsində yayımlayıb.

 

“Özü yüngül, təsiri ağır ALPAGU-dan dəqiq zərbə! STM-nin milli mühəndislik qabiliyyəti ilə inkişaf etdirdiyi bir hərbçi tərəfindən gecə-gündüz təsirli əməliyyat apara bilən sabit qanadlı ağıllı PUA sistemi olan ALPAGU test atışını uğurla gerçəkləşdirdi. Dayanmaq olmaz, yola davam”, - o qeyd edib.

 

Müdafiə Sənayesi İdarəsindən isə bildirilib ki, ALPAGU atıldıqdan sonra təxminən 10 dəqiqə ərzində uçuş həyata keçirib. PUA hədəfi təqib etmək qabiliyyətinə malikdir. Yüksək manevr qabiliyyətinə görə ALPAGU son ana qədər təsbit edilmir.

 

 
 




Digər Xəbərlər