Test

Sizin reklam burda ola biler...

 

 Sizin reklam burda..

SON DƏQİQƏ: İcra başçısı vətəndaşlarla görüşdü nə baş verir? FOTO

16:40:41 | 2021-05-12

Sizin reklam burda ola biler...

Son illər Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amili respublikamızın hər yerində olduğu kimi Goranboy rayonunda da əsas götürülür. Bu gün əminliklə vurğulaya bilərik ki, ölkə başçısının söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Goranboyda real şəkildə öz əksini tapır. Sakinlərin qaldırdıqları hər bir məsələyə dərhal  həssaslıqla yanaşılır və problemlərin həlli istiqamətində əməli işlər görülür. 
 
Oxuinfo.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Hüquq Mühafizə Orqanlarının əməkdaşları, ziyalılar və fəallarla birlikdə Təklə kəndinə gedərək sakinlərin müraciəti ilə yerində tanış olub, onları narahat edən məsələni dinləyib. 
Görüşdə sakinləri dinləyən İcra başçısı ilk öncə Goranboyluların cəsurluğundan danışdı. 44 günlük Vətən Müharibəsində göstərilən diqqət və qayğıya görə sahibkarlara, fermerlərə və iş adamlarına minnətdarlığını bildirən rayon rəhbəri onların hər zaman Goranboylulara dayaq olduqlarını diqqətə çatdırdı.
Goranboy rayon Təklə kəndinin mərkəzi küçələrinin asfalt örtüyü ilə yenilənməsindən danısan və orada aparılan işlərlə yerində tanış olan rayon rəhbəri bu diqqətin və qayğının Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncam əsasında əksini tapmasını qeyd etmişdir.
İcra başçısının  iştirak etdiyi görüşdə vətəndaşların səsləndirdikləri problemlərin həlli üçün lazımi tədbirlərin görülməsi üçün  müvafiq tapşırıqlarını verib. 
Sonda Kənd sakinləri, Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya ən əsası da müraciətlərinə operativ şəkildə baxıldığı üçün ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Elçin Tağıyev Oxuinfo.az

Sizin reklam burda ola biler...

 



ETİKET :  

Digər Xəbərlər