Deputat: "Eldar Həsənova 10 il iş verilir və əmlakı müsadirə edilir, açığı düşünürəm ki, doğru qərar deyil"

Oxunub: 861

Eldar Həsənova 10 il iş verilir və əmlakı müsadirə edilir. Heç kimə belə tale arzulamıram. İttiham rüşvətxorluq, mənimsəmə və sui-istifadə və digər məsələlərdir. Açığı düşünürəm ki, doğru qərar deyil. 

Oxuinfo.az xəbər verir ki, bu fikirləri Millət vəkili Razi Nurullayev öz "Focebook" hesabında yazıb.

Bəlkə də mənim bilmədiyim məqamlar var. Bu işlə bağlı məlumatlı olduğumu da deyə bilmərəm. Adamı heç 1 km-dən belə görməmişəm. Əgər varsa deyilsin. Amma, milyonlarla, milyardlarla oğurlayanlar var, hələ də xeylisi vəzifədədir. 
Elə götürək, Neft şirkətini. Məgər Rövnəq Abdullayev və orada işləyən yüzlərlə vəzifəli şəxslər əmək haqqı ilə dolanır? Seabreeze-də, Bakının digər elitar məkanlarında, xaricdə ən lüks yerlərdə tikilən və alınan on milyonlarla qiyməti olan mülklər, restoranlar, zavod və fabriklər qanuni qazancla alınıb? Niyə bəziləri özlərini elə aparırlar ki, sanki əmək haqqı ilə yaşayırlar?
Səmimi mübarizə aparmaq lazımdır ki, ölkəmizi düzəldə bilək. İkiüzlülük, qeyri-səmimilik, yaltaqlıq bizi uçuruma aparır. Danışmaq və həqiqətləri çılpaq demək lazımdır ki, özümüz də İkiüzlülük burulğanına yuvarlanmayaq. 
Qərar verdim ki  hər gün video çəkim və ürəyimdən keçənləri paylaşım. Qoy ürəyimizi boşaldaq ki, sonra ürək əməliyyatına girməyək. Bir gündə onlarla media nümayəndəsindən zəng gəlir, eyni suala eyni şablon cavabı verməkdən yorulmuşam. Amma, heç zaman dövlətə və xalqa xidmətdən yorulmaram və yorulmayacam. Amma, kim olursa olsun, hansı cəbhədə olursa olsun, dəxli yoxdur, artistlik, şou və yalançılıq, ifşa etməmək belə günahdır. 
Yolumuza davam!

Xəbər lenti
Çox oxunanlar