“Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sistemi formalaşdırılıb” – Əli Nağıyev

Oxunub: 321

“Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sistemi formalaşdırılıb”.
 
Oxuinfo.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtaliya Respublikasının Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
 
Xidmət rəisi beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.
 
Ə. Nağıyev transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edib.

Xəbər lenti
Çox oxunanlar