“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən böyük öndər- KÖŞƏ

Oxunub: 330

Müasir alman filosoflarından biri cox yaxşı deyib ki dahilik dahiyanə bir iş görməyi, həlli qeyri-mümkün görülən vəzifənin öhdəsindən gəlməyi bacarmaqdır. Əslində bu, tarixin müəyyən dövrlərində sınaqlardan çıxmış fikirdir. Həqiqətən də tarix tarix boyu elə şəxsiyyətlər, dövlət xadimləri formalaşıb ki, onlar öz ölkəsinin, öz millətinin taleyində müstəsna xidmətlər göstəriblər. Müasir azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndərimiz Heydər Əliyev kimi. Böyük idarəetmə təcrübəsinə və liderlik qabiliyyətinə malik olan ümummilli lider ən cətin tarixi dövrlərdə doğru, uzaqgörən siyasət yürüdərək Azərbaycan xalqının taleyüklü vəzifələrinin həllinə nail olmuşdur. Onu yüksək zirvələrə ucaldan, dünyanın məşhur dövlət xadimləri cərgəsinə çıxaran da doğma xalqına ürəkdən bağlılığı güclü inamı idi. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən böyük öndər heç bir təhlükəyə baxmadan bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına sərf rtdi. Nəticədə güclü və yenilməz Azərbaycan dövlətini yaratdı. Dahi rəhbərin ömür yolunu bir dövlət adamı kimi tarixi fəaliyyətini göz önünüə gətirdikcə, bir daha inanırq ki, doğrudan da Heydər Əliyev güclü lider olub. Hələ 1969-cu ildə sovet məkanında hakimiyyətə gəlmiş təcrübəli dövlət xadimi cox qısa zaman ərzində geridə qalmış aqrar bir respublikanı dirçəlməyə, burada müxtəlif sənaye sahələrini yaratmağa və inkişaf etdirməyə müvəffəqiyyətlə nail oldu.Azərbaycanın -ucqar milli respublikanın elə bir sahəsi olmayıb ki,orada irimiqyaslı quruculuq işləri görülməsin. 1971-ci ildə isə coxlarına əlcatmaz və yuxu kimi görünən bir məsələ dahi rəhbərin böyük qətiyyəti sayəsində həllini tapdı. Azərbaycanda ilk ibtidai hərbi məktəb (indiki C. Naxçıvanski adına Hərbi Lisey) yaradıldı, ittifaq ordusunun kadr tələbatını ödəmək üçün nəzərdə tutulan mühüm hərbi təhsil müəssisəsinin məhz bizim respublikada yaradılması o, zamanın  dövlət və hərb xadimləri tərəfindən qısqançılıqla qarşılanmaya bilməzdi.
Müdrik rəhbərimiz bununla kifayətlənməyərək yüzlərlə azərbaycanlı gəncin ittifaqın ali hərbi məktəblərinə qəbul eidlməsinə və şərəfli zabit peşəsinə yiyələnməsinə nail oldu. Məhz o dövrdə təhsil almış zabitlərimiz sonradan müstəqil Azərbaycanın ordu quruculuğunda yaxından iştirak edərək Silahlı Qüvvələrimizin yaranmasına dəyərli töhfələr verdilər. Bu gün hərbi qüdrətinə görə regionda lider olan Azərbaycan ordusunun yaradılması da ümummilli liderin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə tez bir zamanda nizam-intizamlı və yüksək döyüş hazırlığına malik olan Silahlı Qüvvələrimiz formalaşdı, maddi-texniki bazası möhkəmləndirildi və hərbi qulluqçular yüksək dövlət qayğısı ilə əhatə olundu. Bu gün də Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Həmrəylik günü ərəfəsində hərbi hissəni ziyarət edən təşkilatlar bunu əyani şəkildə görüb yenidən vurğuladılar. Ümummilli liderimizin azərbaycançılıq məfkurəsinə əsaslanan ideologiyamızın hər gün rişələndiyi ordumuzun yeni-yeni uğurlara imza atacağı bir daha təsdiqləndi. Ordu ilə xalqın həmrəyliyinin qırılmazlığı və sarsılmazlığının bizi birləşdirən əsas dəyər olması bu təşkilatın görüşlərinin əsas ideyası idi. Belə görüşlərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm rol oynadığını diqqətə alsaq əlaqələrin daha da genişlənməsinə ehtiyac var.


Faiq Əzimzadə,
Tarixin Səhifələri qəzeti və Oxuinfo.az-ın baş redaktoru

Xəbər lenti
Çox oxunanlar