TARİXİ ARZULARIMIZI REALLAŞDIRAN PARTİYA...

Oxunub: 206


TARİXİ ARZULARIMIZI REALLAŞDIRAN PARTİYA...

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ili tamam olur. Bu gün hamımız üçün şərəfdir ki, noyabr ayında həm Zəfər bayramımızın birinci , həm də YAP-ın 29-cu ildönmümünü qeyd edirik. 
YAP xalqımızın qürur səhifəsidir, dövlətçilyimizin və suverenliyimizin qarantıdır. 
YAP-ın yaradıcısı Ümummilli lider Heydər Əliyev və Onun siyasi varisi Cənab İlham Əliyev Azərbaycanın Xilaskarı kimi adlarını tariximizə qızıl hərflərlə yazdırıblar. Ulu öndər 1993-cü hakimiyyətə gələrək Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan xilas etdi, erməni faşizminin təcavüzkar siyasətinin qarşısını aldı.
Heydər Əliyev bütün gücü ilə torpaqlarımızı düşmən işğalından azad etmək üçün mübarizə aparırıdı, bütün həyatını bu mübarizəyə sərf etmişdi. 2003-cü ildə xalqa müraciətində də qeyd edirdi ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. 
Onun tarixi missiyasını Varisi Cənab İlham Əliyev reallaşdırdı, erməni faşizmin başını əzdi və Heydər Əliyevin əmanəti olan dogma Vətənin ərazi bütövlüyünü təmin etdi. 
Güclənən, Yeniləşən Azərbaycanın qüdrətlənməsində bilavasitə mühüm rol oyanayan YAP ölkəmizin siyasi həyatına da rəngarənglik gətirmiş, bir çox siyasi partiyalarla faydalı dialoq quraraq dövlətçiliyimizin möhkəmlənməsində, Qarabağ uğrunda bütöv bir konsensus və konsepsiya ortaya qoymuşdur. 
Tariximizn şanlı səhifəsi olan 44 günlük Zəfər zamanı bütün siyasi-ictimai qüvvələrin vahid bir ideya ətrafında birləşməsi də məhz YAP-ın ümumdövlət ali konseptualogiyasının bariz nümunəsidir. 
Müzəffər Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin son 200 illik tariximizin ən böyük Zəfəri olan 44 günlük Qarabağ savaşında Qələbə qazanaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra ölkəmizin siyasi həyatında da tamamilə yeni mərhələ başlanmışdır və bütün ictimai təşkilatlar bir amala xidmət edərək yeni ictimai-siyasi reallıqlara uyğun addım atırlar. 
Ölkəmizin siyasi həyatının aparıcı qüvvəsi olan YAP-ın açıq dialoq çağırışına qoşulan bütün siyasi partiya və təşkilatlar işğaldan azad edilmiş bölgələrə səfər edərək erməni faşizminin simasını ifşa edən vahid siyasi xəttə, dövlətçilik maraqlarına xidmət edən siyasətinə dəstək verirlər. Həmişə olduğu kimi dövlətimizin mənafeyinə qarşı fəaliyyət göstərən, xarici antimilli qüvvələrin əlində oyuncağa çevrilmiş AXCP-Müsavat cütlüyü bu dəfə də öz xain xidlətlərini göstərdilər, bu ümumdövlət hərəkatına qoşulmadılar. Cənab İlham Əliyevin tariximizə qızıl hərflərlə yazılmış Xilaskarlıq salnaməsinə gözü və qəlbi götürə bilməyən Əli Kərimli tarixin arzuolunmaz arxivinə kömüldüyündən öz partiyadaşlarına bədbin bir müraciətlə başqa işlərlə məşğul olmalarını tövsiyə etməsi çarəsizliyin və zavallı durumun ifadəsidir. 
YAP tarix yazan Sədri Cənab İlham Əliyevin və Onun ən yaxın silahdaşı, Partiya Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın yeni islahatlar və demokratikləşmə kursunun siyasi ahənginə uyğun olaraq bu gün daha da mütəşəkkil və güclü, dinamik və hüdudsuz bir təşkilatdır. 
Bir daha doğma Partiyamızın yaranmasının ildönümü münasibətilə bütün silahdaşlarımızı təbrik edirəm.

Vaqif Abdullayev,
Siyasi elimlər doktoru, professor

Xəbər lenti
Çox oxunanlar