Deputat: “Vətəndaşlar mənə yazırlar ki, sən danışandan sonra qiymətlər qalxır...”

Oxunub: 246

"Deputatlar, doğrudan da, gücləri çatdığı qədər vətəndaşların yanında olmağa çalışırlar. Amma onu da qeyd edim ki, ümumiyyətlə, bizim işimiz asan deyil. Çalışırıq ki, xalqın problemlərini dilə gətirək. Bu məsələlərlə ciddi məşğul olmağa çalışırıq. Yəni, vətəndaşların problemlərini deyən deyir, deməyən demir".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
 
O bildirib ki, bir sıra səbəblərdən "time out" rejimini seçib: "Şəxsən özüm barədə deyim ki, vətəndaşlar sosial şəbəkələrdə mənə yazırlar ki, daha təbii qazın, elektrik enerjisinin qiymətləri barədə çıxış etmə, onsuz da sən danışandan sonra qiymətlər qalxır. Əvvəllər elə bilirdim ki, zarafat edirlər. Sonra gördüm ki, ciddidirlər və doğrudan da Tarif Şurası ilə hansısa əlaqəsi var. Bəzən elə böhtanlar atırlar ki, nə edəcəyini bilmirsən. Ona görə də, hələlik "time out" rejimini seçmişəm. Çox qəribədir, 10 gün əvvəl sosial şəbəkələrdə sənin barəndə xoş rəy bildirənlər, daha sonra eyni adamlar sənin əleyhinə fikirlər səsləndirirlər".
 
Sosial şəbəkələrdə tələb edilən parlamentin buraxılması məsələsinə gəlincə isə deputat bildirib ki, gündəlikdə bu barədə məsələ yoxdur: "Əksinə boş qalan 5 yer üçün seçkilər keçirilməlidir. Çünki onlar təxminən yarım milyon əhalini təmsil edirlər. Hesab etmirəm ki, dövlətin parlamenti buraxmaqla bağlı hazırlığı və ya istəyi var".
 

Xəbər lenti
Çox oxunanlar