Beyləqan rayon Heydər Əliyev mərkəzində Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Bizi qarşıla vətən torpağı" adlı bilik yarışı keçirilib - FOTOLAR

Oxunub: 288

25 Sentiyabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində pandemiya şəraitinə uyğun olaraq 44 günluk Vətən müharibəsində canını fəda edən Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "əmək kollektivləri arasında 44 sualdan ibarət intellektual - bilik yarışı keçirilmişdir .

Bu barədə Oxuinfo.az-a Beyləqan Heydər Əliyev mərkəzindən məlimat verilib.

Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni sələndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, onların milli mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına nail olmaqdır .
Tədbirin aparıcısı 18 saylı Regional Xəzinədarlıq İdarəsinin aparıcı məsləhətçisi Rafiz İsmayıllı ölkədə aparılan gənclər siyasətinin hədəflərini, rayon gənclərinin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını iştirakçıların diqqətinə catdırdı.
Dörd komandanın iştirak etdiyi yarışın üçüncü mərhələsində ayrı-ayrı fəaliyyət sahələri üzrə rayonun ictimai həyatında fəal olan ziyalılar, müəllimlər, tələbələr, tərəfindən videoformatda suallar səsləndirildi.
Tədbirin sonunda Mərkəzin direktoru tərəfindən qalib komandaya diplom ,hədiyyələr, və digər komandalara fəxri fərmanlar təqdim olundu.





Xəbər lenti
Çox oxunanlar