Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəhid Mayor Rəhim Hüseynovun ailəsini ziyarət ediblər-FOTO

Oxunub: 880

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
23 Sentyabr 2020-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 27 Sentyabr Anım günü ilə bağlı Zərdab rayon Gəlmə kənd sakini Şəhid Mayor Rəhim Hüseynovun xatirə kompleksinin önünə gül dəstələri qoyaraq ailəsini ziyarət etdilər.
Azərbaycan Ordusununj mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Fizuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəhim Hüseynov 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Ziyarət zamanı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdı və vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını dedi. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini qeyd edən Könül xanım bildirdi ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.
Şəhid anası Haqiqət xanım onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdi.

image-fb_img_1632418674260 image-fb_img_1632418678715 image-fb_img_1632418693047 image-fb_img_1632418699798 image-fb_img_1632418704505 image-fb_img_1632418719372 image-fb_img_1632418722030 image-fb_img_1632418726129 image-fb_img_1632418730213 image-fb_img_1632418733760 image-fb_img_1632418740619 image-fb_img_1632418742882 image-fb_img_1632418747163 image-fb_img_1632418751112 image-fb_img_1632418770275 image-fb_img_1632418780744 image-fb_img_1632418761052 image-fb_img_1632418755218

Xəbər lenti
Çox oxunanlar