Şeyxə ÇAĞIRIŞ

Oxunub: 441

İran açıq-aşkar Azərbaycanı təhdid edib.
 
Bu ölkənin  dini lideri Ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb.
 
Halbuki, son dövrlərdə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi istiqamətində atdığı addımlar nəticəsində bu ölkənin Ermənistanı müdafiə etməsi, separatçılara yardım etməsi hamı üçün bir daha təsdiqlənmişdi. Yəni, əslində bu ölkədən gözlənilən üzrxahlıq ola bilərdi.
 
Hazırda sosial mediada cəmiyyətimizin İranın bu addımılarına sərt reaksiyasını müşahidə edirik.
 
Amma diqqət çəkən məqam odur ki, Qafqaz Müsəlmanları İdarəsindən və ya bu qurumdan kiminsə hələlik Amilinin açıqlamasına münasibət yoxdur.
 
Maraqlıdır ki bir müddət öncə 44 günlük müharibənin qalibiyyətlə başa çatmasında hörmətli şeyximiz Allahşükür Paşazadə İranın dini liderinin rolunu xüsusi qeyd etmişdi.
 
Bu baxımdan  şeyxin və ya digər din xadimlərimizin Ayətullah Xameneyinin nümayəndəsinin milli  maraqlarımıza zidd açıqlamalarına və təhdidlərinə cavab verməsi gözləniləndir və bu, çox doğru olardı.
 
Osman Gündüz

Xəbər lenti
Çox oxunanlar