Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI

Oxunub: 174

Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.
Oxuinfo.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.
Belə ki, 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək./Report/

Həkim – allerqoloqHəkim – psixiatr
Həkim – dermatoveneroloqHəkim – oftalmoloq
Həkim – endokrinoloqMüalicəvi bədən tərbiyəsi üzrə həkim
Həkim – fizioterapevtHəkim – pulmonoloq
Həkim – infeksionistHəkim – revmotoloq
Həkim – kardioloqHəkim – terapevt
Həkim – narkoloqHəkim – toksikoloq
Həkim – nevroloqHəkim – travmatoloq – ortoped
Həkim – pediatr
14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.
Həkim – nefroloqHəkim – epidemioloq
Həkim – ftiziatrHəkim – hematoloq
Həkim – neonatoloqHəkim – diyetoloq
Həkim – genetikMüalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis
Həkim – laborantPsixoloq
Həkim – metodistLoqoped
Həkim – mikrobioloqHəkim – statistik

Xəbər lenti
Çox oxunanlar