Pandemiyanın sona çatdığı elan oluna bilər - Nazirdən ŞAD XƏBƏR

Oxunub: 166

COVİD peyvəndlərinin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur.
Oxuinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
“Gözlənti elədir ki, kollektiv immunitet nəticəsində ola bilər pandemiyanın sona çatdığı elan olunsun. Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”. (axar.az)

Xəbər lenti
Çox oxunanlar