Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi YAP Sabunçu təşkilatı ilə birlikdə Ömür klinkasında Şəhid anaları və xanımları üçün tibbi müayinə aksiyası keçrilib- FOTOLAR

Oxunub: 228

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı, Ömür klinikasının tibbi dəstəyi ilə 44 günlük Vətən müharibəsinin 1-ci ildönümü münasibəti ilə Şəhid anaları və xanımlarına tibbi dəstək göstərmək məqsədilə aksiya keçirilib.Bu barədə Oxuinfo.az-a Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyiinin mətbuat xidmətindən məlumat verilib.

Aksiya çərçivəsində 40 dan çox Şəhid anaları və xanımları üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olundu.

Tibbi aksiya ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuat açıqlamasında bildirdi ki, 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq müqəddəs Şəhidlik zirvəsinə ucalmış Şəhidlərimizin anaları və xanımlarına diqqət və qayğı ilə yanaşaraq mənəvi dəstək olmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Birliyin icraçı direktoru onu da bildirdi ki, bu cür ictimai, siyasi, sosial tibbi əhəmiyyətli tədbirləri təşkil etməkdə əsas məqsəd Preziden Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri ilə bağlı müvəfəqiyyətlə həyata keçirdikləri ictimai, siyasi kursu əsas götürərək 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fədakarcasına döyüşərək Şəhidlik şəhadətinə qovuşmuş Şəhidlərimizin anaları və xanımlarına hər cür diqqət və qayğı ilə yanaşı tibbi cəhətdən də dəstək olmaqdır.

Birlik rəsmisi xüsusi olaraq vurğuladı ki, İctimai Birlik tərəfindən Yeni Azərbaycan Partiyası və sosial tərəfdaşlarla birlikdə bu sayaq şəhid ailələri və qazilərə,müharibə iştirakçılarına qayğı yönümündə ictimai, siyasi, sosial, tibbi, mənəvi dəstək yönümlü layihə və ictimai təşəbbüslər gələcəkdə də uğurla davam etdiriləcək.















Xəbər lenti
Çox oxunanlar