Test

Sizin reklam burda ola biler...

 

 Sizin reklam burda..

"Ərdoğanın planlaşdırılan Şuşa səfəri düşmənlərin gözünü çıxaran hadisədir"

11:32:11 | 2021-06-11

Sizin reklam burda ola biler...

"Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı şəxsi dostluq münasibətləri iki dövlət arasındakı tərəfdaşlığın, dostluq və qardaşlığın çox sürətlə inkişaf etməsinə gətirib çağırır".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan-Türkiyə münasibətlərini şərh edərkən deyib.


Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri "bir millət, iki dövlət" şüarı ilə bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir: "Bu münasibətlər hər iki dövlətin həm birlikdə, həm də təklikdə beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olur. Eyni zamanda, həm iqtisadiyyat, kənd təsərrüfatı, həm də mədəniyyət və incəsənət sahələrində də Azərbaycan və Türkiyə bir-birlərinin təcrübəsindən istifadə edərək güclənirlər. Bu güc özünü hər addımda büruza verir. Mən xüsusilə hərbi sahədə, Qarabağ məsələsində Türkiyənin bizə daim dəstək olmasını qabartmaq istəyirəm. Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasındakı şəxsi dostluq münasibətləri iki dövlət arasındakı tərəfdaşlığın, dostluq və qardaşlığın çox sürətlə inkişaf etməsinə gətirib çağırır. Yəni liderlərin dostluğu dövlətlərarası münasibətlər üçün olduqca əhəmiyyətlidir. Bu, sevindirici haldır. Cənab Ərdoğanın yaxın günlər üçün planlaşdırılan ailəsi ilə birgə Şuşa səfəri bütün türk dünyasını sevindirən, düşmənlərin gözünü çıxaran hadisədir. Bu, bir daha sübut edir ki, biz bu haqq yolunda, torpaqlarımızı işğaldan azad etməkdə, indiki bərpa işlərimizdə tək deyilik. Bizim Türkiyə kimi qardaşımız var! Əlbəttə, burada digər bir neçə dövlətin də adını çəkmək olar, amma söhbət Azərbaycan-Türkiyə münasibətlərindən gedir. Bu münasibət "bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" fikri iki ölkənin qardaşlığının təməlidir. Bu bünövrələr əsasında bu gün İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında olan münasibətlər bizim dostluğumuzu gücləndirir".


Qeyd: Yaxın günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri gözlənilir.

Sizin reklam burda ola biler...

 



ETİKET :  

Digər Xəbərlər