Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq

Oxunub: 131

Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.
Oxuinfo.az xəbər verir ki, APA-nın “Sənədsiz evlərin sənədləşdirilməsi prosesinə nə zamandan başlanılması nəzərdə tutulur?” sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı müvafiq qanunvericilik aktı qəbul edildikdə prosesə başlanacaq.
Əmlak Məsələləri Dövlət Xidməti bu barədə qanunvericilik aktı hazırda qəbul edilmədiyi üçün bu halda hansı sənədsiz evlərin sənədləşdirilməsinin mümkün olmayacağı barədə sualı isə cavablandırmayıb.

Xəbər lenti
Çox oxunanlar