Beyləqan Heydər Əliyev Mərkəzində 20 yanvar hadisəsinə həsr olunmuş tədbir keçrilib- FOTO

Oxunub: 180

14 yanvar 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının tarixində sadəcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanan ” 20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi"  adlı tədbir keçirilmişdir. 

Bu barədə Oxuinfo.az-a Beyləqan rayon Heydər Əliyev mərkəzindən məlumat verilib.

Keçirilən tədbirdə Beyləqan rayon ümümtəhsil məktəblərinin bir qrup  müəllim və şagird kollektivi eləcədə mərkəzin əməkdaşları iştirak etdilər. Tədbirdə  əvvəlcə dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Tədbiri giriş sözü ilə mərkəzin elmi – işçisi Mədinə Rzayeva açaraq bildirdi ki, O faciəli günlərdən bizi 32 illik zaman kəsiyi ayırır.  32 ildir ki, Dağüstü parkdakı Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib. Çünki orada əbədiyyət yuxusuna gedənlər Vətən yolunda, xalq yolunda, bugünkü azadlığımız və əbədiyaşar müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların isə ömrü Vətənin və xalqın ömrü qədərdir. Bu gün Şəhidlər xiyabanı təkcə Dağüstü parkda yox, doğma torpaqlarımızın erməni faşizminin işğalından xilası naminə mübarizəyə hər an hazır olan  Azərbaycan Ordusunun hər bir zabit və əsgərinin iç dünyasındadır. 
 Rzayeva çıxışının sonunda qeyd etdi ki, Vətən müharibəsi Azərbaycanın Vətənin hər qarış torpağı üçün son damla qanına qədər qəhrəmanlıqla döyüşən və canını fəda edən neçə-neçə igidlər formalaşdırdığını göstərdi. Bu xalq böyük qələbələrə layiqdir. Azərbaycanımızın gələcəyi çox parlaqdır və etibarlı əllərdədir.

Sonra məktəb şagirdlərinin iştirakı ilə 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söylənilib, Mərkəzin əməkdaşı tərəfindən hazirlanan videorolik nümayiş etdirilib 



Xəbər lenti
Çox oxunanlar