Sabir Rüstəmxanlı : "AZTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim"

Oxunub: 110

Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini..Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya  bu kəndin harayına bənzər bir ifa səslənəcək...Ancaq mahnını dinləyəndə heyrətə gəldim. Burda, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmağlamağa başladı... İnsan ğözüyumulu və əhlikef olmalıdır kı, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub "Könüllər cəlb edən bu xoş mənzərə..." deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki bu ürək dağlayan görüntüyə "xoş mənzərə" demək olmaz? AZTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim..

Xəbər lenti
Çox oxunanlar