"Azəriqaz"ın rəhbəri jurnalistlərin və vətəndaşların suallarını cavablandıracaq

Oxunub: 88

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev jurnalistlərin və vətəndaşların suallarını cavablandıracaq.
“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 26 noyabr saat 11:00-da başlayacaq. Bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.

Xəbər lenti
Çox oxunanlar