Nazirliyi adından saxta “WhatsApp” mesajları yayıldı: Qurum hərəkətə keçdi - FOTO

Oxunub: 130

Son günlər Səhiyyə Nazirliyi adından kibercinayətkarlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir. Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin İnsan Resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir.
Bu barədə Səhiyyə Nazirliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.
Səhiyyə Nazirliyi adından bildiririk ki, qurumda bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Eyni zamanda, bildiririk ki, artıq aidiyyəti qurumlar həmin mesajlarla bağlı məlumatlandırılıb.


Xəbər lenti
Çox oxunanlar