ZƏFƏRİN MÜBARƏK , AZƏRBAYCAN !...

Oxunub: 414

       ZƏFƏRİN MÜBARƏK , AZƏRBAYCAN !...


Salam, səması aydın , günəşi parlaq, azad Şuşa!...Yolumuz Şuşayadır!. Bu yol dünyanın ən ülvi, ən təmiz ,ən müqəddəs torpağına aparır bizi. Şuşaya gedir , bu yol!... Bu gün əsrlərdən boylanan Dədəm Qorudun halallığını aldıq,boy boyladı,söz söylədi, bu gün ulu qopuz müqəddəs zəfər havasını çaldı. Fateh babalarımın hay-haraylı səsi,nərəsi eşidildi, qılınclarının səsi gəldi, yel kimi uçan atları tozu dumana qaldırdı. Koroğlunun, Babəkin alqışını eşitdim. Qəhrəman türk oyandı!.”Zəfər bizimdir!”-,deyib, 30 ildir Qarabağın, Şuşanın ətri, qoxusu , həsrəti ilə ilə yaşayan, dişi,dırnağı ilə ,o sıldırım, daşlı-kəsəkli qayalara öz qanlarını axıdan dünyanın ən cəsur ürəkli oğulları qazandı bu qələbəni ...44 günlük qəhrəmanlıq savaşımız qəhrəman babalarımıza , və gələcək nəsillərimizə ən böyük ərməğan oldu.Babalarımızdan bizə miras qalan müqəddəs yurd yerlərimiz düşməndən azad edildi.Türk babalarımızın əxlaqından sıyırılıb gələn vətən əxlaqını ”Vətəndən pay olmaz!”-öyüdünü igid oğullarımız 44 günlük müharibədəki böyük qələbəsilə dünyaya bəyan etdi. Müqəddəs torpağa qalib olaraq getdiyimiz bu yol bizlərə qəhrəmanların, igid oğullarımızın, müqəddəs şəhidlərimizin axan qanları ilə dəli bir vətən sevgisinin coşğunluğunu ,ən gözəl , ən pak, ülvi duyğuları , böyük qəhrəmanlığı,şücaəti milli döyüş ruhunu, gücü,iradəsi ilə vətəndaş olmağın , vətənin dar günündə ona əsl oğul olmağın şərəfini,qürurunu yaşatdırdı.44 günlük Vətən müharibəsinin ən böyük qələbəsi Qarabağımızın gözü olan Şuşanın azad olunması xəbəri oldu.Eyni zamanda dövlətimizin nüfuzu , gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə həm də xalqımızın qüdrəti,milli qürur məsələsi idi. İ.Əliyev:”Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq ,peşəkarlıq,milli ruh tələb edirdi.Azərbaycan hərbiçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir.Əminəm ki , Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır”.”Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi “... ...“Şuşasız Qarabağ,Qarabağsız Azərbaycan yoxdur”-deyən ümumilli lider H.Əliyevin o böyük arzusu reallaşdı.Şuşa azad oldu!.Beləcə 2020- ci il 8 noyabr Azərbaycan xalqının tarixinə zəfər günü kimi daxil oldu. Bu müqəddəs tarix Qarabağa, Şuşaya ,həsrətə, niskilə son qoyduğumuz gün oldu .Cənab prezidentin “Biz Qarabağa qayıdacağıq!.Qarabağ tarixi Azərbaycan torpağıdır!” inamı ,əzmi hər zaman bizi o böyük qələbəyə qovuşacağımıza hər gün bir az daha çox inandırdı.Belə də oldu!.Qəhrəman oğullarımız düşmənə biabırçı hərbi məğlubiyyətini qəbul etdirib, onları ağ bayraq qaldırmağa məcbur etdi.


ŞUŞİ YOX!...ŞUŞA!...


Şuşa qalasının əsası 1750-1751- ci illərdə qoyulmuşdur. Qarabağ tarixçilərinin yazdığına görə 1750-ci ildə Şuşakənddən bir qədər aralı ,sıldırım dağ üstündə qalanın tikintisinə başlanır və işlər 1756- 1757-ci illərdə başa çatdırılır. Pənah xan Şuşanı özünə paytaxt edib, möhkəmləndirir , qala-şəhərə çevirir . Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad” sonradan isə “Şuşa qalası” və ”Şuşa” adlandırılır...


1992-ci ildə mayın 8 –də Birinci Qarabağ müharibəsi zamanı Şuşa erməni qəsbkarları tərəfindən işğal olunur. Şuşanın işğalı nəticəsində 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş ,165 nəfər yaralanmış,onlardan 150 nəfər əlil olmuş,522 körpə valideynlərini itirmiş,20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə isə bu günə qədər məlumat yoxdur.Beləcə, cah-cəlallı ,bərli-bəzəkli ,”Qarabağın döyünən ürəyi “ Şuşa erməni faşizmi tərəfindən qəsb edilir. 1992-ci ilin mayında ermənilərin dırnağarası “dağlarda toy” adlandırdıqları əslində heç həyata keçirilməyən uydurma əməliyyatı ilə işğal olunur, onun tarixi-mədəni irsi məhv edilir. İlham Əliyev: “Dağıdılmış evlər erməni faşizminin törətdiyi əməllərdir. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir”...İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarət altına aldığı Şuşa ölkənin mədəniyyət paytaxtı elan edilr. Ali Baş Komandanın söylədiyi kimi igid oğullarımızın sayəsində “ermənilərə elə bir toy tutuldu ki, yəqin ki,onlar bu toyu heç vaxt unutmayacaqlar!”.


... İ.Əliyev: “Biz qalib xalqıq!. Mən bura qalib kimi gəlmişəm.Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm.Bax bu gün yanvarın 14-də biz yenə də burdayıq. Bu dəfə müzəffər Azərbaycan ordusunun ,qalib Azərbaycan ordusunun Ali Baş Komandanı kimi gəlmişəm.Düşmənin belini qıran ordunun Ali baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında , qəhrəman hərbiçilərin önündə deyirəm ki,biz bu torpaqlarda əbədi yaşayacağıq!”...”Əziz Şuşa ,sən azadsan!.Əziz Şuşa, biz qayıtmışıq!. Şuşa Bizimdir ,Qarabağ Azərbaycandır.!”.


Cənab prezident Ermənistanın acı məğlubiyyəti ilə barışmayan qüvvəllərə də öz xəbərdarlığını bildirir:İ.Əliyev:” Ermənistan əvvəlki səhvləri buraxmamalıdır,çünki, onların yersiz və qəbuledilməz addımları,bəyənatları onlara çox baha başa gəldi”. ...“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır.Azərbaycanı növbəti təxribatlar,növbəti müharibə ilə hədələməyə çalışırlar.Onlar anlamalıdırlar ki,biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki,erməni faşizmi bir daha başını qaldırsın.”


BÖYÜK QAYIDIŞ ...


Bu gün dövlət siyasətinin əsas istiqaməti işğaldan azad olmuş torpaqlarımızda quruculuq, abadlıq işlərinin həyata keçirilməsinə yonəldilmişdir.. Bakı şəhəri ,29 oktyabr 2020-ci il n-1170 saylı Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı imzalanmışdır. Ölkə başçısının tapşırığı ilə işğaldan azad olmuş torpaqlarımızın şəhər və rayonlarının baş planının hazırlanması ,”yaşıl enerji”zonasının yaradılması, “ağıllı şəhər”,”ağıllı kənd” konsepsiyasının hazırlanması həyata keçirilməkdədir.Artıq İlk olaraq Zəngilan rayonunun Ağalı kəndində biyeni “ağıllı kənd”,”ağıllı şəhər” lərin inşasına başlanılmışdır... Azərbaycanın məqsədi işğaldan azad ounlmuş ərazilərdə yüksək səviyyəli həyat şəraitinin bərpa edilməsidir. Fizuli-Şuşa yolunun təməlinin qoyulması ,çətin relyefə malik olan ərazilərdə körpü, tunellərin tikintisi, türk şirkətləri ilə birgə həyata keçirilir.2020-ci ildə noyabrın 9-u Azərbaycan silahlı qüvvəlləri tərəfindən işğaldan azad edilmiş Laçında Həkəri çayının sahilində yerləşən Güləbird su elektrik stansiyasının istismara verilməsi ilə məhv edilmiş təbiətimiz yenidən canlanacaq. Cənab prezidentin söylədiyi kimi:” Biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik.”.Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması və şəhərin dayanaqlı enerji sistemi ilə təchiz edilməsi üçün Azərenerji tərəfindən Füzulidən Şuşaya 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin çəkilişi,Füzulidəki Şükürbəyli yarımstansiyasnın tam yenidən qurmaqla yanaşı enerji ötürmə qabiliyyətinin artırılması , Kəlbəcər ,Laçında külək enerjisi , Zəngilan,Cəbrayılda daha çox günəş enerjisindən istifadə və s ətrafında görüləcək işlər planlaşdırılır. Cocuq Mərcanlıda açılacaq Suvenir istehsalı müəssisəsində saxsı qablar,kiçik ölçülü xalçalar , əl işləri və digər məhsullar istehsal ediləcək. Bununla bağlı görüləcək işlər, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkətin təsis olunması ,istehsal avadanlıqlarının alınması, istehsalın təşkili üçün Türkiyədən mütəxəssislərin cəlb olunması və s.həyata keçirilir. Nəqliyyat infrastrukturunun bərpası və inkişafı , böyük strateji-əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin Horadiz-Cəbrayıl –Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması , yanvarın 14-də tikilməsinə başlanılan və cəmi 8 ay ərzində istismara verilən Füzuli beynəlxalq hava limanının təməlinin qoyulması və s. region üçün , yeni ,böyük imkanlar açmaqdadır.Bəli azad ölkənin səmasında azad Füzuliyə ”Qarabağın hava qapısı”na (İ.Əliyev) ilk sınaq uçuşu, o tarixi an sentyabrın 5- də gerçəkləşir.”Airbus A 340-500” tipli Qarabağ təyyarəsi Füzuli hava limanına eniş edir .Qürurverici , tarixi anlar yaşanır. Cənab Prezident İ.Əliyevin söylədiyi kimi:” Fizuli beynəlxalq hava limanı Qarabağın dünyaya açılan qapısı olacaq!”. Bu beynəlxalq hava limanının böyük iqtisadi,siyasi əhəmiyyəti var. Bu ölkənin həm region,həm də dünya səviyyəsində geopolitik mövqeyinə də təbii ki,öz uğurlu töhfəsini verəcəkdir.İ.Əliyev: ” Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək”. Bu gün müstəqil,qalib Azərbaycan yeni inkişaf yoluna qədəm qoyur. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli beynəlxalq hava limanının açılışında iştirakı ilə böyük bir tarix yazıldı. Bu bir daha onu göstərdi ki,bu dostluq,qardaşlıq sarsılmazdır, əbədidir!.İstər müharibə dövründə, istərsə də indi Türkiyə hər zaman Azərbaycanın yanındadır, ona dəstəkdir. Bu əslində türk birliyinin, qardaşlığının dünyaya ünvanladığı bir mesajdır! ... “ Gün gələcək Zəngilandan çıxıb İstanbula qədər gedəcəyik!”-sözləri yeni dünyaya açılan yolların müjdəsidir. İşğaldan azad olunmuş digər rayonlarımızda Kəlbəcər və Laçında da ikinci beynəlxalq hava limanının tikintisi nəzərdə tutulur. Onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. İ.Əliyev :”Mən demişəm, biz bu bölgəni –Qarabağı cənnətə çevirəcəyik!”...”Bizim qələbəmiz tarixi qələbədir. Biz tarixi ədaləti bərpa etdik.Biz öz haqlarımızı bərpa etdik,biz şəhidlərimizin qanını aldıq ,biz düşməndən qisas aldıq və qayıtmışıq .Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.Qarabağ bizimdir!.Qarabağ Azərbaycandır!”...


Günəş Zakirqızı

Azərbaycan Dövlət Pedaqoji Kollecinin

müəllimi, BDU-nun dissertantı

Xəbər lenti
Çox oxunanlar