Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları qazi ailələrinə baş çəkiblər - FOTOLAR

Oxunub: 272

Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Yuxarı Qaramanlı kəndindən olan Qazi Abdullayev Yusif Vüsal oğlunu və Neftçala rayonundan olan Qazi Xaliqov Ezam Paşa oğlunun ailəsinə baş çəkdilər.

Bu barədə Oxuinfo.az-a Neftçala rayon Heydər Əliyev Mərkəzindən məlumat verilib.


Məlumat üçün qeyd edək ki, sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzulidən başlayaraq, Şuşaya kimi döyüş yolu keçən Yusif müharibənin bitməsinə saatlar qalmış, noyabrın 8-də başından yaralanır. Hazırda qazimizin beyninin dərinliyində çıxarılması mümkün olmayan qəlpə qalıb. Qazimiz “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Qazi Xaliqov Ezam isə Füzuli uğrunda gedən döyüşlərdə sağ qolu və sağ gözünü itirmişdir. Eyni zamanda belində, başında qəlpələr var. Ezam “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 
Şəhidlərimiz,  Qazilərimiz canıyla, qanıyla Vətəni Vətən etdilər,  itirilmiş qürurumuzu geri qaytardılar. Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik!






Xəbər lenti
Çox oxunanlar