Beyləqan rayon Heydər Əliyev Mərkəzində “ Qənimətlər parkına virtual səyahət “ adlı tədbir keçirilib - FOTO

Oxunub: 237

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində “ Qənimətlər parkına virtual səyahət “ adlı tədbir keçirildi.

Bu barədə Oxuinfo.az-a Beyləqan rayon Heydər Əliyev Mərkəzindən məlimat verilib.

Keçirilən tədbirdə Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçısi, Ramiz Abbasov adına şəhər dörd saylı orta məktəbin şagirdləri, Gənclərin İnkişaf və Karyera mərkəzinin könüllüləri və mərkəzin əməkdaşları iştirak etdilər .
Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi sonra vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Tədbiri giriş sözü ilə Beyləqan rayon Heydər Əliyev mərkəzinin direktoru Xəyalə Kərimova açaraq bildirdi ki, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazanmışdır. Bu qələbənin bariz nümunəsidir ki, aprelin 12-də Ali Baş Komandanımızın iştirakı ilə Hərbi Qənimətlər Parkının açılış mərasimi keçirildi. Bu, çox möhtəşəm və qürurverici bir tarix idi. Burada ermənilərin qoyub qaçdıqları atıcı silahlar, ağır texnıkalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar nümayiş etdirilirdi. Məğlubiyyətə uğrayan düşmən ordusu hərbi texnikalarını aparmağa belə imkan tapmamışdır. Bu qələbə onu göstərdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir Biz fəxr edirik ki, qalib xalqın vətəndaşlarıyıq.
Sonra Beyləqan rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyası və hümanitar şöbəsinin baş məsləhətçısı Xıdırlı Fatma qeyd etdi ki, gələcəyimiz sayılan uşaqlar əsl vətəndaş ruhunda tərbiyə olunmalıdır. Bunun üçün yeniyetmə və gənclərə Vətənimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrimizi öyrətməliyik deyə natiq sözlərinə əlavə etdi.
Daha sonra mərkəzin əməkdaşı tərəfindən hazırlanan “Qənimətlər parkı” adlı onlayn video carx nümayiş etdirildi. Tədbirin sonunda şagirdlərlə vətənpərvərlik mövzusunda diskusiyalar aparıldı.



Xəbər lenti
Çox oxunanlar