Zərdab rayon Heydər Əliyev Mərkəzində “HƏR BİR ŞƏHİD XALQIN QƏHRƏMANIDIR” adlı onlayn tədbir keçrilib- FOTO

Oxunub: 1 653

Oxuinfo.az xəbər verir ki, Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq  Vətən müharibəsinin  ildönümü ilə əlaqədar Zərdab rayon Heydər Əliyev Mərkəzində  silsilə tədbirlər keçirilir.
20.10.2021-ci il tarixdə Zərdab, Füzuli və Ağcəbədi rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatşılığı ilə Vətən müharibəsinin  ildönümünə və 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı azad edərkən həlak olan şəhidlərimizə həsr olunmuş “Hər bir şəhid xalqın qəhrəmanıdır” mövzusunda onlayn  tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Onlayn tədbirdə Zərdab, Füzuli və Ağcəbədi Heydər Əliyev Mərkəzlərinin kollektivi, Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.
Onlayn  tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında geniş məlumat verib. Şanlı qələbənin qazanılmasında hərbiçilərimizn   əvəzsiz rolu olduğunu  xüsusi vurğulayan Könül xanım   Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğunu  qeyd edib.
Daha sonra Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova Mərkəzdə nümayiş olunan “Vətən naminə Şəhidlik zirvəsinə ucalanlar” başlıqlı sərgini virtual olaraq onlayn tədbir iştirakçılarına təqdim edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova    həmin qələbədə payı olan vətənpərvər, qəhrəman oğullarımızla bu gün hər birimiz fəxr edirik-deyə qeyd edib. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın   doğma el-obasının deyil, bütöv Azərbaycanın oğulları olduğunu, onlarla hər bir azərbaycanlının qürur duyduğunu  vurğulayıb. Adlarını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan şəhid və qazilərimizin ömür yolu gənclərə nümunədir.
Ağcəbədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva çıxışında  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, qalib Azərbaycan xalqının qələbədə rolundan, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələrindən   ətraflı söhbət açıb. 
Füzuli Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı, Şəhid Amil Rasim oğlu Hüseynovun həyat yoldaşı Xalisə Məmmədova çıxış edərək Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız günlərdə belə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə bu zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulayıb.
Gənclər  arasında qəhrəman Şəhidlərimizin  tanıdılması məqsədilə  təşkil olunmuş onlayn tədbirdə Xalisə xanım Füzuli rayonunun Əhmədalılar kəndindən olan şəhid Amil Hüseynov haqqında ətraflı məlumat verərək,  Amilin  Xocavənd, Füzuli rayonu uğrunda  gedən döyüşlərdə qəhrəmanlıqla döyüşdüyünü, Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində döyüşərkən Şəhidlik məqamına ucaldığını  qeyd edib.         
Vətən müharibəsindəki zəfər salnaməsinin yazılmasında əvəzsiz  qəhrəmanlıq göstərən Şəhid Amil Hüseynov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Füzuli Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Cəfərova  çıxış edərək müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə qazanılmış zəfər salnaməmizdən bəhs edib.
Zərdab rayon sakini, Şəhid Anar Məmmədzadənin ailə üzvü, gənc ziyalı Vəfa Xəlilli isə çıxışında  dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara dövlət tərəfindən diqqət göstərildiyini vurğulayıb.
Zərdab  rayonunun Şəhidlər Xiyabanında dəfn olunan Anar Məmmədzadə  ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunub. 
Onlayn tədbirdə qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək  isə hər kəsin vətəndaşlıq borcudur.





Xəbər lenti
Çox oxunanlar