Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

Maxaçqala ilə Bakı arasında birbaşa uçuş həyata keçiriləcək

07:27:40 | 2021-06-20

Sizin reklam burda ola biler...

Rusiyanın “S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Maxaçqala ilə Bakı arasında birbaşa aviareys həyata keçirəcək.

Oxuinfo.az xəbər verir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Onun sözlərinə görə, ilk reys iyulun 4-ə nəzərdə tutulub və biletlər artıq satışdadır. Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiyadan Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.




Digər Xəbərlər