Azərbaycan tarixinin o qədər də sadə olmayan bütöv bir qərinəsi dünya miqyaslı xadim Heydər Əliyevin adı ilə bağlıdır

Oxunub: 278

Mənim mənsub olduğum nəsil Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin şəxsən şahididir. Azərbaycan tarixinin o qədər də sadə olmayan bütöv bir qərinəsi dünya miqyaslı xadim Heydər Əliyevin adı ilə bağlıdır. O, həyatının mənasını xalqa xidmət etməkdə görürdü.

Hamımız şahid idik ki, gecə-gündüz, istirahət bilmədən, səhəti haqqında düşünmədən işləyirdi. Gərgin iş rejimi, yorğunluq sağlamlığına ziyan vursa da, başladığı işləri axıra çatdırmağa tələsirdi. Hətta ağır xəstə olduğu vaxtlarda belə özünü yox, canından çox sevdiyi Azərbaycanı fikirləşirdi. Anarxiyanın sabitliyə aparan mürəkkəb yolunu təhlil edərkən Heydər Əliyevin cənubda və şimalda baş qaldıran seperatizim meyillərini necə məharətlə ardan qaldırdığını xüsusilə qeyd etmək lazımdır. Müdrüklər buyurur ki, bəşər övladının müqəddəs vəzifəsi ağac əkmək, ev tikmək, oğul böyütməkdir. Bu mənada da xoşbəxt insan olan Heydər Əliyev hər üç vəzifənin öhdəsindən ləyaqətlə gəlib desək yanılmarıq. Heydər Əliyev Vətən və xalq qarşısında borcunu son nəfəsinədək şərəflə yerinə yetirdi, gələcək üçün möhkəm təməl qoyub getdi. Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi xalqımızın tarixində həlledici rol oynadı. Qeyri-adi intuisiyaya malik olan Heydər Əliyev dünya hadisələrinin istiqamətini əvvəlcədən görə bilən siyasıtçilərdən idi. Heydər Əliyevin insanların düşüncəsinə nüfüz etmək, onları inandıra bilmək bacarığı Tanrı vergisi idi. O, çox səmimi insan idi. Yalnız səmimi insan  ürəkdən gülə bilərdi, böyük yumor sahibi ola bilərdi. Dövlət müstəqilliyimizin, milli azadlığımızın bayraqdarı və əvəzsiz lideri Heydər Əliyev öz Qayıdışı ilə hamıya sübut etdi ki, ulu Şərqin həyat qapısı sayılan müqəddəs Azərbaycan topağının hər qarışı və bu torpaq üzərində addımlayan hər bir vətəndaşı kimliyindən, yaşından, cinsindən, milli və dini mənsubiyyətindən, siyasi baxışlarından və əqidəsindən aslı olmayaraq onun üçün əziz və doğmadır. Məs elə buna görə də Vətənin rifahı və gələcək səadəti naminə bütün varlığı və vurğun olduğu Azərbaycanın əsrarəngiz və bənzərsiz təbiətini, obrazlı dildə desək, gülüstana, ləlazəra çevirməyi bacardı. Və ən başlıcası, sözdən işə keçməyin vaxtını bir daha hamımıza tam aydınlığı ilə xatırlatdı. Heydər Əliyev dünyasını dəyişməklə təkcə Azərbaycanı deyil, sanki bütün cahanı təlatümə, həyacana gətirərək yenidən silkələdi  və onun fiziki  yoxluğunun Azərbaycanın ən qiymətli, dəyərli sərvətini itirməsi demək olduğunu bir daha sanki qəm karvanına qapılmış dünyanın yadına saldı.

Davud İLKİN, 
Tarixin səhifələri qəzeti və Oxuinfo.az-ın redaktor müavini

Xəbər lenti
Çox oxunanlar