“PAŞA Həyat Sığorta”dan “İcbari Həyat Sığortası”®

Oxunub: 142

“PAŞA Həyat Sığorta” ASC məlumat üçün bildirir ki, VÖEN sahibi olan hər bir şəxs (yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (“frilanserlər” və s.), iri, orta, kiçik sahibkarlar, hüquqi şəxslər və s.) özünü və işçilərini “İcbari Həyat Sığortası” ilə təmin etməlidir.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ancaq əksəriyyətin ya bundan xəbəri yoxdur, ya da xəbəri olduğu halda müxtəlif səbəblərdən prosesdən yayınır.

“Əslində proses çox rahatdır, sığorta haqqı isə cüzidir. Hətta onu da qeyd edə bilərik ki, dünyanın istənilən yerindən siz əməkdaşlarınızın “İcbari Həyat Sığortası”nı əldə edə bilərsiniz. Bir sözlə, proses onlayn formada rahat və operativ aparılır. Müvafiq sığorta növü ilə bağlı ətraflı məlumatı (012) 942 qaynar xəttinə zəng vuraraq əldə edə, həmçinin “PAŞA Həyat Sığorta” ASC-nin rəsmi saytına daxil olaraq (https://pasha-life.az/icbari-onlayn-muraciet) müraciət edə bilərsiniz“ – deyə şirkətin məlumatında bildirilir. Elektron icbari sığorta müqaviləsi - YouTube
Qeyd edilir ki, iş gedişatı zamanı istehsalatla əlaqədar hadisə nəticəsində əlillik və ya ölüm halı olarsa, xəsarət alan işçiyə və ya onun ailə üzvlərinə öncədən təyin olunan məbləğ ödənilir.
Bundan əlavə, məcburi olan bu sığorta növü “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun” ilə tənzimlənir.

Xəbər lenti
Çox oxunanlar