Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

İmişlidə Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb - Foto

11:52:41 | 2021-06-18

Sizin reklam burda ola biler...

 

İmişlidə Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

 RİH-dən Oxuinfo.az-a verilən məlumata görə, zəfər Müharibəsində əldə etdiyimiz parlaq qələbə heç də asan başa gəlməmişdir. Bu yolda minlərlə igidimiz şəhid olmuşdur. Onlardan biri də, Laçın dəhlizində həlak olan igidimiz Osman Cəfərdir. Bu gün Osmanın doğum günüdür və şəhidimizin doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Aparatın məsul işçiləri ilə birlikdə Osmanın məzarını ziyarət edib. Burada şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunulub.  Ziyarət zamanı çıxış edən Elçin Rzayev Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var deyən icra başçısı Osman kimi oğullarımızın daim bizim qəlbimizdə yaşayacağı və xatirələrinin hər zaman əziz tutulacağını bildirib.                
       Osman 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Laçın döyüşləri zamanı şəhid olub və anadan olduğu İmişli şəhərində dəfn olunub. Osman vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.




Digər Xəbərlər