Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO

03:09:35 | 2021-04-12

Sizin reklam burda ola biler...

Oxuinfo.az xəbər verir ki, İmişlidə bir qrup Qarabağ veteranları və şəhid ailələri etiraz aksiyası keçiriblər. Bina sakinləri ƏƏSMN-nin xətti ilə inşa edilmiş və 2018- ci ildə inşası başa catdırılaraq təhvil verilmiş binanın qazanxana və kanalizassiyasının olmamasından şikayətləniblər.
Sakinlər bildiriblər ki, onlar üçün tikilmiş bina hec bir standartlara uyğun gəlmir və binanı istilik sistemi üçün quraşdırılmış qazanxana heç bir tələblərə cavab vermir. Əlavə olaraq sakinlər bildirblər ki, binanı istiliklə təmin edəcək qazanxanaya verilən qazin pulunu binada yaşayan veteran və şəhid ailələrinə ödətdirirlər.

Şikayətçilərlə söhbətimiz zamanı bildiriblər ki, problemlə bağlı ƏƏSMN-nin müavininin qəbulunda olsalarda məsələ həllini tapmayıb. Bina sakinləri bildiriblər ki, təhvil verilmiş 54 – mənzillik binanın qazanxanasına sahib çixan yoxdur.Əməkdaşımız yaranmış problemlə bağlı “Azəristiliktəchizat” ASC-nin qaynar xəttinə zəng vurub qazanxanaya niyə sahib çixmadıqlarının səbəbini sorşub “Azəristiliktəchizat” ASC-dən əməkdəşımızın suallarını cavablandıran qurumun rəsmsi adı çəkilən binanın onların balansında olmadığını bildirdi və yaşayiş binasınin onıarin balansına veriləcəyi təqdirdə binanı istiliklə təmin olunmasını həyata keçirə biləcəklərini deyib.

Daha sonra biz İmişli Rayon Mənzil Kommunal Təsərüfatının rəhbəri Feyzi Məmmədovla əlaqə saxladıq birliyin rəhbəri Feyzi Məmmədov öz növbəsində bildirdi ki, birliyin balansına yalnız bina daxildir. Qazanxananın onun rəhbəri olduğu Mənzil Kommunal Təsərüfatına heç bir aidiyyatı yoxdur. Amma binanın qazanxanasına nəzarət edən işçinin əmək haqqını çox maraqlıdır ki, Mənzil Komunal Təsərufati tərəfindən ödənılməsi bir cox qaranlıq məqamlardan xəbər verir. Əbəttə ki, biz media işçiləri olaraq bu kimi problemləri işıqlandırmaqda məqsədimiz kimisə itdiham etmək deyil, tam əksinə məmurlarin cənab prezidentin töfsiyyə və tapşırıqlarına hansı tərzdə əməl edib etməməsini, doğru düzgün şəkildə olkə başçısına çatdırmaqdır.

Dəyərli oxucular Şəhid və Qarabağ veteranları üçün inşa edilmiş binanın sahibinin bir gün ortaya çıxacağina bina sakinləri kimi bizdə ümüd edirik.
Yaranmış problemlə bağlı aidiyyatı qurumlarında fikirlərini dinləməyə haziriq
Daha ətraflı videosujetdə

 




Digər Xəbərlər