Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

İmişli məktəblilərindən ibarət mini futbol komandası Respublika turnirində ikinci yeri tutub - FOTO

21:38:29 | 2021-06-24

Sizin reklam burda ola biler...

Oxuinfo.az xəbər verir ki, İmişli məktəblilərindən ibarət mini futbol komandası Respublika turnirində ikinci yeri tutub.
 
 
 
Respublika mərhələsində 12 futbol komandası arasında keçirilən gərgin yarışda finala çıxan İmişli komandası ikinci yeri qazanıb. Bu münasibətlə komanda üzvlərini İmişli Rayon İcra Hakimiyyətinin kollektivi təbrik ünvanlyıb.
 
Xatırladaq ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
 
Davud İlkin, Oxuinfo.az 
 
 
 
 




Digər Xəbərlər