Almaniyanın Maqdeburq şəhərində Heydər Əliyevin 99 illiyi münasibətilə boks turniri keçiriləcək

Oxunub: 73

Mayın 14-də Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə  Almaniyanın Maqdeburq şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə boks turniri keçiriləcək. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, musiqili proqramın da yer aldığı turnirdə 3-18 yaşlı uşaqlar üçün əyləncəli idman oyunlarının keçirilməsi və qaliblərə hədiyyələrin təqdim edilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaşayan soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, ulu öndər Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrinə əməl etmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında əlaqə yaratmaq, idman yarışlarında Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılmasına, dövlət himninin səsləndirilməsinə nail olmaq, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.



Xəbər lenti
Çox oxunanlar