DÇ-2022: Pley-off mərhələsinin püşkü atılacaq

Oxunub: 67

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Pley-offa 12 komanda vəsiqə qazanıb. Onlardan 10-u seçmə mərhələdə ikinci yeri tutaraq, ikisi isə (Avstriya və Çexiya) UEFA Millətlər Liqasındakı çıxışları sayəsində bu mərhələyə adlayıb.
Komandalar seçmə mərhələdəki nəticələrinə görə 1-ci  və 2-ci səbətlərə bölünüb. Eyni səbətdən olan komandalar bir-birləri ilə qarşılaşa bilməzlər.
Səpələnmişlər
Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels
Səpələnməmişlər
Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya
Qeyd edək ki, püşkatma İctimai TV vasitəsilə canlı yayımlanacaq.

Xəbər lenti
Çox oxunanlar