Lionel Messi: “Həmişə demişəm ki, nə zamansa “Barselona”ya qayıdacam”

Oxunub: 31

Fransanın PSJ klubunun hücumçusu Lionel Messi İspaniyanın “Barselona” klubuna geri dönmək ehtimalından danışıb.
“Mən həmişə demişəm ki, nə zamansa “Barselona”ya qayıdacam, çünki ora mənim evimdir, kluba bacardığım qədər kömək etmək istəyirəm. Aydındır ki, əgər kluba töhfə verə bilsəm və kömək edə bilsəm, geri qayıtmaq istərdim”, - deyə argentinalı ulduz futbolçu vurğulayıb.
Qeyd edək ki, L. Messi peşəkar karyerasının 21 ilini “Barselona”da keçirib.
Mənbə: “Marca”

Xəbər lenti
Çox oxunanlar