"Qara dənizə ötürəcəklər" - Kiyev yeni silahlara milyardlar xərcləyəcək - TƏHLİL

Oxunub: 236

Çox nəzərə çarpmayan, sürətli və yaxşı silahlanmış Ukrayna və Türkiyə birlikdə Hərbi Dəniz Qüvvələri üçün Ada tipli iki korvet hazırlamağı qərara aliblar. Birincisi 2023-cü ildə istifadəyə veriləcək. Kiyev üçün bu əlamətdar bir razılaşmadır - Ukrayna donanması bir neçə kiçik zirehli qayıq istisna olmaqla, 30 ildən artıqdır ki, yeni gəmilər almır. "Ada"lar nəyə qadirdilər? – Moderator.az Andrey Kotsun bu haqda “RİA Novosti”-də dərc olunan yazısını oxucularına təqdim edir.

 

Sualtı gəmi ovçuları

 
Türkiyədə hazırda 2011-2019 -cu illərdən xidmətdə olan dörd belə korvet var. Su tutumu - 2032 ton, avtomatik üzmə - üç həftəyə qədər, heyət - 93 nəfər. Bunlar Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən müasir gəmilərdir.
Корвет Бургазада (F-513) в Средиземном море - РИА Новости, 1920, 04.08.2021
                                     "Burqazada" (F-513) korveti Qara dənizdə
Silahlanma -76 mm-lik top, gəmi əleyhinə "Harpun" raketləri, RIM-116 zenit qurgusu, iki torpedo cihazı.  S-70B Seahawk helikopteri göyərtəyə qəbul edilir. Radiolokasiya görüntüsünü azaltmaq üçün quraşdırılmış texnologiyadan istifadə olunur . Radioelektron  doldurucu yüksək səviyyədə avtomatlaşdırılıb. 31 min at gücünə malik qaz turbini və hər biri 5,5 min at gücünə malik iki dizel mühərrik sistemi korvetləri 29 düyünə qədər sürətləndirir.
"Döyüş qabiliyyətinə görə, Ada Rusiya analoqlarından - 20380 layihəli korvetlerdən əhəmiyyətli dərəcədə zəifdir, - deyə hərbi ekspert Konstantin Sivkov “RİA Novosti”-yə izah edib. Əlbəttə, səkkiz ədəd “Harpun” dəhşət doğurur, onun atəşinə hər gəmi tab gətirməz. Amma raketin uçma məsafəsi çox deyil - 150 kilometrə qədərdi. Bizdə isə daha uzaq mənzilli “Oniks” və “Kalibrlər” var.
Korvetlərin hava hücumundan müdafiə sistemi  əslində “Stinger”in dəniz versiyasıdı - yalnız yaxın ərazidə qoruyur və yüksək sürətli hədəfləri, məsələn, gəmi əleyhinə raketləri tutmur. Sualtı gəmiyə qarşı imkanları da sadədi: yalnız iki torpedo cihazı və sadə hidrolokator.
"Türk hərbi gəmiqayırma məktəbi həm sovet, həm də Rusiya məktəbindən geri qalır. Bu gəmilər ciddi olaraq Ukrayna donanmasını gücləndirməyəcək", - deyə ekspert əmindir.
 

Tərk edilmiş sənaye

 
Türk Donanması üçün korvetlər İstanbuldakı tərsanələrdə inşa edilib. Ukrayna üçün birinci gəmi elə burada, ikincisi isə Nikolayevdəki “Okean” gəmiqayırma zavodunda yığılacaq. Kiyev üçün onlar ucuz başa gəlməyəcək: təkcə 2021-ci ildə layihə üçün 3,8 milyard qriven (140 milyon dollardan çox) ayrılıb.Корвет F511 Heybeliada в Средиземном море - РИА Новости, 1920, 04.08.2021
                                      F511 Heybeliada  korveti Aralıq dənizində
Razılaşmanı şərh edən "Leninskaya kuznitsa" Kiyev zavodunun baş direktorunun müavini Sergey Belozubenko jurnalistlərə bildirib ki, bu pulla "Kentavr" və ya "Qroza" tipli otuz qayıq almaq olar. Bir zamanlar aviagəmilər istehsal edən ölkə üçün  təvazökar addımdı.
Ancaq bu gün Ukrayna müstəqil olaraq kiçik döyüş gəmiləri belə yarada bilmir. Belə ki, 2011-ci ildən bəri Nikolayevdəki Qara dəniz gəmiqayırma zavodunda su tutumu 2650 ton həcmli 58250 "Böyük Vladimir" perspektivli bir korvet layihəsinin üzərində çalışıblar. Onun NATO standartlarına uyğun silahla təchiz edilməsi planlaşdırılırdı: EXOCET gəmi əleyhinə raketləri, ASTER 15 zenit kompleksi, MU-90 torpedaları və 76 mm-lik Super Rapid topu. Bu, Türkiyə gəmilərinin təchizatı ilə təxminən eyni müqayisəyə gəlir.
Kiyev 2021-ci ildə donanmaya dörd korvet vermək istəyirdi. Ancaq gəmiqayırma işçiləri hətta seriyanın aparıcı bayrağını belə suya buraxa bilmədilər. 2014-cü ilin payızına qədər maliyyələşdirmə donduruldu. "Qara Dəniz Gəmiqayırma Zavodu" ASC-nin keçən ay ləğv edilməsi nəhayət proqrama son qoydu.
Ukrayna Hərbi Dəniz Donanması indi əslində yeganə böyük gəmidən - donanmanın flaqmanı “Getman Saqaydaçnıy” freqatından ibarətdi. Tezliklə freqat üçüncü onilliyinə qədəm qoyacaq. Demək olar ki, hər şey onun yaşıdıdır. "Gürzə" çay artilleriya gəmilərini nisbətən müasir adlandırmaq olar. Ancaq onlar yalnız sahildə patrul xidməti göstərmək üçün yararlıdı və açıq dənizdəki əməliyyatlar üçün uyğunlaşdırılmayıb.

 

Müharibə və təxribat üçün

 
Kiyevə bir cüt korvet satışı Ukrayna və Türkiyə arasında ilk silah satışı deyil. Bu yaxınlarda ikinci Qarabağ savaşında fərqlənən Bayraktar TB2 pilotsuz uçuş təyyarələrinin birgə istehsalına dair müqavilə imzalandı. Ukrayna Silahlı Qüvvələri gizlətmir: Donbasda hərbi əməliyyatlar yenidən bərpa olunarsa, Ukrayna ordusu da müasir hücum dronlarına arxalanacaq.Турецкий ударный беспилотник Bayraktar TB2 - РИА Новости, 1920, 04.08.2021
                              Тürkiyə pilotsuz uçuş aparatı Bayraktar TB2 
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, Ukraynaya xarici silah tədarükü sevinc dogurmur. Türkiyə də öz növbəsində əmin edir ki, bu razılaşmalar üçüncü tərəfə qarşı yönəlməyib. Buna baxmayaraq, ekspertlər qeyd edirlər ki, NATO üzvü ilə hərbi-texniki əməkdaşlıq Ukrayna hakimiyyətini "Donbas məsələsini" güc yolu ilə həll etməyə sövq edə bilər.
Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko deyir: "Rusiya Ukrayna ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə mümkün qədər ciddi yanaşmalıdır. Əlbəttə ki, iki korvet Ukrayna donanmasını bir o qədər gücləndirməyəcək və onları Rusiya Qara Dəniz Donanması ilə eyni səviyyəyə gətirməyəcək. Ancaq Ukrayna tədricən hərbi əzələləri şişirdir.Ukraynalı admirallar silahlı təxribat üçün iki müasir gəmidən istifadə edə bilərlər. Təbii ki, qanunauyğun olaraq cavab aldıqdan sonra isə dərhal NATO-dan müdafiə istəyəcəklər".
Ukrayna artıq oxşar taktikaya əl atıb. 2018-ci ilin noyabr ayında "Berdyansk" və "Nikopol" adlı iki kiçik zirehli artilleriya gəmisi, həmçinin "Yanı Kapu" yedək gəmisi Rusiya hökumətinin icazəsi olmadan Kerç boğazından keçməyə çalışıb. Qaydanı pozanlar FTX sahil mühafizəçiləri tərəfindən yaxalanıb. Avropa Birliyi və NATO ölkələri sərhədçilərin hərəkətlərini qınayaraq hadisəyə kəskin reaksiya verdilər. Ancaq o vaxtdan bəri ukraynalı dənizçilər Rusiyanın sərhədlərini pozmağa cəsarət etmirlər.

Xəbər lenti
Çox oxunanlar