Məşhur azərbaycanlı musiqiçinin çaydan meyiti tapıldı-VİDEO

Oxunub: 203

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Oxuinfo.az xəbər verir ki, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Zahid İbrahim oğlu Qasımovun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

Xəbər lenti
Çox oxunanlar