Bakı metrosunda cibgirlik edən şəxs saxlanıldı

Oxunub: 135

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da metronun Nəriman Nərimanov stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar