Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

Güloglan Cabbarlı : DTX rəisi Əli Nağıyev və daxili işlər naziri Vilayət Eyvazov peşəkar və sahələrində püxtələşmiş rəhbərlərdirlər

20:39:20 | 2021-06-20

Sizin reklam burda ola biler...

DTX rəisi Əli Nağıyev və daxili işlər naziri Vilayət Eyvazov peşəkar və sahələrində püxtələşmiş rəhbərlərdirlər:
 
Oxuinfo.az - xəbər verir ki, bu barədə  öz Feyzbuk səhifəsində Dünya və Avropa çempionu  hüqüqşunas  Güloğlan Cabbarlı paylaşım edib.
 
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, yeniliklər, korrupsiyaya və cinayətkarlığa qarşı mübarizə, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işlərdə hər iki şəxs rəhbərlik etdikləri qurumlarda yüksək göstəricilərə nail olublar. Hesab edirəm ki, Prezident İlham Əliyevin Əli Nağıyev və Vilayət Eyvazovu müvafiq vəzifələrə təyin etməsi olduqca düzgün və lazımlı təyinatdır. Gördüyümüz kimi, bu, öz bəhrəsini verməkdədir.
 
44 günlük Vətən müharibəsində həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti yüksək səviyyədə iştirak edərək torpaqlarımızın işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün çox aktiv iştirak etdilər. Bunun nəticəsidir ki, hər iki qurumun rəhbərləri və əməkdaşları Prezident tərəfindən dövlət mükafatlarına layiq görüldülər.
 
Yəni təkcə bu göstərici Əli Nağıyev və Vilayət Eyvazovun işlərinin öhdəsindən lazımi səviyyədə gələ bildiyini sübut edir". Dövlət Təhlükəsizliyi Xidmətidir. Onlar gecə-gündüz yatmadan dövlət təhlükəsizliyini təmin etdilər və Vətən müharibəsində digər güc orqanları kimi, həm dövlət Təhlükəsizliyi Xidməti, həm də Daxili İşlər Nazirliyi əməkdaşlarının çox böyük rolu və xidməti olub. Şükürlər olsun ki, Azərbaycan indi dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bir sözlə, ötən müddət ərzində güc orqanlarının fəaliyyətini müsbət dəyərləndirir və bu nazirliklərin tərkibində xidmət edən bütün əməkdaşlara uğurlar arzu edirəm".




Digər Xəbərlər