ABŞ nümayəndələri yaxın günlərdə Talibanla məsləhətləşmələr aparacaq

Oxunub: 522

ABŞ nümayəndə heyəti yaxın vaxtlarda Əfqanıstandakı zəlzələyə humanitar yardım məqsədi ilə Taliban hərəkatı ilə müzakirə aparacaq.

Oxuinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinq zamanı bildirib.

“Mən güman edirəm ki, Əfqanstandakı zəlzələ ilə bağlı humanitar yardım ABŞ və Taliban nümayəndələri tərəfindən yaxın günlərdə müzakirə olunacaq”,- deyə Prays bildirib.
Qeyd edək ki, ötən gün Əfqanıstanda 6.1 bal gücündə zəlzələ olub.
Hadisə nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib.

APA

Xəbər lenti
Çox oxunanlar