Angela Merkel Almaniyanın növbəti kanslerinin kim olacağını söylədi

Oxunub: 434

Almaniya kansleri Angela Merkel ondan sonra ölkəyə rəhbərlik edəcək adamın adını çəkib.
 
 O, bununla bağlı fikrini vaxtilə sədrlik etdiyi Xristian-Demokrat partiyasının Berlindəki tədbirində səsləndirib.
 
Almaniya kanslerinin rəyinə əsasən bu, partiyanın hazırkı rəhbəri Armin Laşetdən başqası deyil. Angela Merkel bununla bağlı dərin əminliyini ifadə edib.
 
“Onun üçün ilk sırada həmişə insanların ləyaqəti dayanıb. Armin Laşet kansler olaraq almanlara məhz bu yöndən yanaşacaq”,-deyə kansler gələcək sələfini bu sözlərlə tərifləyib.
 
Angela Merkel bu ilin sentyabr ayında keçiriləcək parlament seçkilərində seçkiqabağı kampaniyada iştirak etməyəcəyini vurğulayıb.

Xəbər lenti
Çox oxunanlar