Aleksandr Lukaşenko: “Rusiyadan kifayət qədər “İsgəndər” və “S-400” almışıq”

Oxunub: 107

Belarus Rusiyadan lazımi miqdarda “İsgəndər” və “S-400” kompleksləri alıb.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinlə görüşdə bildirib.
“Sizdən “İsgəndər”lərdən, “S-400”lərdən bizə lazım olan qədər aldıq, ordumuzu silahlandırdıq. Bu cür silahlarla artıq tamam başqa ordumuz var. Ən azı, bu silahlar böyük zərər vura bilər”, - A.Lukaşenko deyib.

Xəbər lenti
Çox oxunanlar