Olaf Şolz Almaniyanın yeni kansleri olacaq

Oxunub: 54

Almaniyanın yeni kansleri Sosial Demokrat Partiyasının namizədi Olaf Şolz olacaq.

Oxuinfo.az xəbər verir ki, Angela Merkel hələ də ölkəyə rəhbərlik edir.

Xatırladaq ki, seçkilər sentyabrda keçirilib. Birinci yeri qazanan Sosial Demokrat Partiyası öz deputatlarından hökumət qurmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Amma hakim koalisiya yaradılaraq yeni hökumətin tərkibi açıqlanıb. Onun tərkibinə Sosial Demokratlarla yanaşı, Yaşıllar və Azad Demokratlar Partiyasının nümayəndələri də daxil olacaq. 

Qeyd edək ki, yeni kansler dekabrın 8-dək rəsmən seçilməlidir.

Xəbər lenti
Çox oxunanlar