Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

COVİD -19 dan qurtulmağın yolu əhalinin peyvəndlənməsindən keçir

22:39:07 | 2021-06-24

Sizin reklam burda ola biler...

Koronavirus pandemiyası dövrümüzün ən böyük səhiyyə böhranıdır. Bu infeksiya 2019-cu ilin dekabrından ötən müddət ərzində dünya ölkələrində tuğyan edir. Dünyanın 208 ölkə və bölgəsinin indiyədək 3 milyon 646 min 468 nəfərində koronavirus aşkarlanıb. Bu infeksiyadan 252 min 675 nəfər dünyasını dəyişmişdir.

Tarixə nəzər salsaq görərik ki, yer üzündə müxtəlif viruslardan ağla sığmayacaq dərəcədə insanlar dünyasını dəyişmişdir. Belə ki, Yapon çiçəyi epidemiyasından (Variola virusu) 1 milyon, H1N1 virusu (Donuz qripi) 40-50 milyon, Asiya qripi H2N2 virusu 1,1 milyon, H3H2 virusu 1 milyon insanın ölümünə səbəb olmuşdur.

Bəs yoluxucu xəstəlikdən, eləcə də COVİD-19-dan necə xilas olmaq olar?
Birmənalı, insanlar bəşəriyyətin xilas yolu vaksinlə mümkündür. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Son yüz ildə müxtəlif yoluxucu xəstəliklərə qarşı peyvəndlər icad olunana qədər dünya daha çox təhlükədə olub. Məsələn, bir neçə il bundan əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. İndi bu xəstəlik tamamilə yox olub. Təbii ki, bu kütləvi peyvəndlənmənin vaxtında aparılması nəticəsində mümkün olmuşdur.

COVİD-19 insanların kütləvi ölümünə səbəb olduğu kimi dünyanın hər yerində şagird və tələbələrin təhsilini məhdudlaşdırmış, təhsilə böyük zərbə vurmuşdur. Dünya iqtisadiyyatı da bu səbəbdən böyük iqtisadi itkilərlə üzləşmiş, insanlar iş yerlərini itirmiş, maddi vəziyyətləri hiss olunacaq dərəcədə pisləşmişdir.

Azərbaycan dövləti bu xəstəliyin yarada biləcəyi təhlükənin qarşısının alınması üçün elə ilk günlərdən ciddi tədbirlər həyata keçirdi. Belə ki, ölkə Prezidentinin göstərişi ilə Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi.

Koronavirus xəstəliyinin ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması üçün modul tipli xəstəxanalar quraşdırıldı. Xəstəliyin qarşısının alınması üçün ölkəmizə kifayət edəcək qədər vaksinlər alınıb gətirildi.

Tez bir zamanda əhalinin kütləvi vaksinasiyası başlanıldı. Bunun nəticəsidir ki, hazırda ölkədə epidemioloji sabitlik yaranmışdır. Əyani təhsil bərpa olunur, iqtisadiyyatda müsbət dinamika müşahidə olunur.

Göründüyü kimi, peyvənd milyonlarla insanın ölümünun qarşısını alır, həyat əvvəlki axarına dönür. Bu yoluxucu xəstəliyə qarşı ən effektli və əlverişli vasitə əhalinin vaksinasiya olunmasıdır. Odur ki, bütün dövlət qurumları bu tədbirin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əhalinin maarifləndirilməsi işinin təşkil edilməsində çox səylə fəaliyyət göstərməlidir.

ƏLƏMDAR QULİYEV
İmişli Rayon Təhsil Şöbəsinin müdiri




Digər Xəbərlər