Şəhidlərin qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur- FOTO

Oxunub: 338

...Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan birinin çəkilmiş şəkillərini gördükdə, hisslərimə qapılaraq bu yazını yazmaq qərarına gəldim.

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Xalqımızın müsətqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Beylqan rayonuna səfərim zamanı  44 günlük Vətən müharibəsində Qəhramancasına şəhid olmuş Azərbaycan Ordusunun zabiti baş leytenant Mahir Qərib oğlu Dadaşzadənin ailəsini ziyarət etdim. İlk öncə şəhidin ailəsi ilə birlikdə şəhidin dəfn olunduğu məzarlığa getdik  və şəhidin məzarı başında dualar edib əziz xatirəsini yad etdik. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını daim uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlığ borcudur. 

Cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Cənab prezidentin tapşırıqlarına əsaən bu gün bütün şəhid və qazi ailələrinə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. 
Şəhid atası hörmətli ziyalımız Qərib müəllim onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını bildirdi. Biz də öz nöbəmizdə redaksiyamız adından təsis etdiyimiz Fəxri Fərmanı şəhidin atası Qərib kişiyə təqdim etdik.

Allah Bütün Şəhidlərimizə rəhmət eləsin!

Faiq Əzimzadə 
Tarixin səhifələri qəzeti və Oxuinfo.az-ın baş redaktoru





Xəbər lenti
Çox oxunanlar