Test

Sizin reklam burda ola biler...

 

Reklam Yeri

Bu saytlar bloklandı

15:05:23 | 2021-06-23

Sizin reklam burda ola biler...

ABŞ rəhbərliyi İranın “Press TV” və “Al Alam” televiziya kanallarının internet portallarını bloklayıb.

 

Oxuinfo.az xəbər verir ki, bu gündən etibarən sözügedən qurumların saytlarını ziyarət edərkən müvafiq bildiriş görünür.

 

“Domen Ticarət Nazirliyinin İxracata Nəzarət İdarəsinin sənaye və təhlükəsizlik məsələləri bürosu və Federal Təhqiqat Bürosunun (FTB) hüquq-mühafizə tədbirləri çərçivəsində ABŞ hökuməti tərəfindən müvafiq əmrə uyğun olaraq bloklanıb”, - deyə bildirişdə qeyd olunur.

 

Bənzər mesaj Yəmən hərəkatı “Ənsar Allah” üsyançı hərəkatına məxsus olan “Al Massira” telekanalının portalına da daxil olarkən görünür.

 

FTB və ABŞ Ticarət Nazirliyi TASS-ın Vaşinqtondakı müxbirinin baş verənlərlə bağlı sorğusuna hələlik cavab verməyib.

 

Həmçinin Dövlət Departamenti də İran televiziya kanallarının internet portallarının bloklanması barədə məlumatlara hələlik münasibət bildirməyib.

 

APA




Digər Xəbərlər