Yardımlıda NARKOMANİYASIZ GƏLƏCƏK ÜÇÜN ÇALIŞAQ mövzusunda tədbir keçrilib- FOTO

Oxunub: 297

NARKOMANİYASIZ GƏLƏCƏK ÜÇÜN ÇALIŞAQ!

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şəfəqli kənd tam orta məktəbində “Narkomaniyasız gələcək üçün çalışaq!” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Çıxış edən Yardımlı RPŞ-nin rəisi, polisi polkovniki Arif Babayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib. Bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və  psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün üçün layiqli vətəndaş ola bilməz.

Sonra çıxış edənlər bu cür maarifləəndirici keçirilməsini yüksək qiymətləndirib, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

Xəbər lenti
Çox oxunanlar