Neftçala rayon Heydər Əliyev Mərkəzində şəhid və qazi ailələri ilə görüş keçrilib- FOTOLAR

Oxunub: 483

Noyabrın 25-də Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti dəfə şəhid ailələri və qazilərlə görüş keçrilib. Bu barədə Oxuinfo.az-a Neftçala rayon Heydər Əliyev Mərkəzindən məlumat verilib. “Ölümü öldürən Ölümsüzlər” adlı tədbirdə I Qarabağ müharibəsinin, Aprel döyüşlərinin və Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları iştirak edirdilər. Tədbir Azərbaycan Respublikası Dövlət Himni və bir dəqiqəlik sükutla açıq elan edildi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru  Könül Məmmədova zəfər salnaməsinin unudulmaz qəhrəmanları olan Şəhidlərin Azərbaycan xalqının çağdaş tarixinə yazdığı qeyrət, hünər, şərəf səhifəsindən söhbət açdı. Sonra çıxış edən I Qarabağ qazisi Əkbər Muradov, I Qarabağ şəhidi Aqil Mütəllimovun anası və Asəf Mütəllimovun qardaşı, Aprel müharibəsinin Milli Qəhrəmanı Samid İmanovun, Vətən müharibəsi qəhrəmanı Camal İsmayılovun, Mahmud Məlikzadənin, Elçin Əliyevin, Xəyal Əhmədovun, Əmrah Bayramovun, Telman Kəlbiyevin, Pəncalı Hüseynovun, İmanzadə Ayazın, Cəlil Cəfərovun və İbrahim Mənəfovun ailə üzvləri çıxış edərək bildirdilər ki, Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən Şəhidlər də verdik, xəsarət alanlar da oldu. Bütün xalq şəhid ata-anaları qədər onların yoxluğuna sızıldadı, bu nisgili paylaşmaqla onu azaltmağa, ovutmağa çalışdı. Elə şəhidlər də bunun üçün həyatlarını fəda veriblər ki, onların torpaqdan cücərən və alovlanan qanlarının istisində və işığında Azərbaycan daim boy atsın, bu torpaqda yaşayan insanların qürur yerinə çevrilsin.

Daha sonra tədbir ümumtəhsil məktəb şagirdlərinin çıxışlarıyla davam etdi. Görüş Vətən müharibəsi iştirakçısı Xəyal Cəfərovun musiqiləri ilə sona yetib.





Xəbər lenti
Çox oxunanlar