Zərdabda “QARABAĞ AZƏRBAYCANDIR! ZƏFƏR AZƏRBAYCANINDIR!” adlı tədbir keçirilib FOTO-VİDEO

Oxunub: 140

2021-ci ilin 27 sentyabr-8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı və Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsi davam edir.
Oxuinfo.az xəbər verir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır” adlı tədbir keçirilib.
Tədbirdə Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Həsən bəy Zərdabi ev Muzeyinin kollektivi, rayon Mərkəzi Kitabxanasının əməkdaşları və rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Öncə tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları olan tədbirin aparıcıları Xanım İmanova və Nicat Əhmədzadə bütün qonaqları salamlayaraq qeyd ediblər ki, – Bu gün yalnız bizim üçün deyil, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlı üçün mühüm tarixi əhəmiyyət kəsb edən bir gündür. Azərbaycan böyük Qələbəni əldə etmək üçün uzun illər siyasi,iqtisadi, hərbi və diplomatik sahələrdə fəaliyyət göstərdi və bu da öz müsbət nəticəsini verdi. Rəşadətli Azərbaycan Ordusu 30 ildə ermənilər haqqında formalaşmış mifi dağıtdı. 27 Sentyabr 8 Noyabr Zəfərinə gedən yolun başlanğıcıdır. Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində biz bütövləşmiş Azərbaycanın yeni günlərini yaşayırıq.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova “Vətən bir kəlmədə minlərlə insanı birləşdirən əzəmətdir” mövzusunda çıxış edərək 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu diqqətə çatdırıb. Könül xanım bildirib ki, 44 günə əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilib, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.
Könül Rəhimova çıxışında Azərbaycan xalqı və dövlətinin hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, şəhidlərin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildirib. Ölkəmizin ərazi bütövlüyü uğrunda müharibədə misilsiz qəhrəmanlıq nümunələri yaratmış əsgər və zabitlərimizə yüksək diqqətin, qayğının mövcud olduğunu deyən Könül xanım şəhidlərimizin və qazilərimizin sosial müdafiəsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatları nəzərə çatdırıb. Sonrakı mərhələdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu işləri uğurla davam etdirdiyini, müasir Silahlı Qüvvələrimizin dünyanın 50 qüdrətli orduları sırasında qərarlaşdığını vurğulanaraq, 44 günlük Vətən müharibəsində həyata keçirilən əməliyyatlardan, Azərbaycan əsgərinin qəhrəmanlıqlarından danışıb.
H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova 44 günlük Vətən müharibəsində bütün xalqımızın, xüsusilə əsgər analarının böyük iradə nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, bu gün biz də həmin əsgər-qazilərimizdən, şəhid ailələrindən diqqətimizi əsirgəməməliyik, onlara daim hərtərəfli dəstək olmalıyıq. Vəfa xanım Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti ilə 30 illik yurd həsrətimizə son qoyulduğunu, yüz minlərlə məcburi köçkünümüzün qəribçilikdən qurtulduğunu və öz doğma torpaqlarına qayıdacaqlarını vurğulayıb. Hazırda Böyük Qayıdış ərəfəsindəyik, işğaldan azad edilmiş torpaqlarımızda geniş məskunlaşma prosesi həyata keçirilir – deyə Vəfa xanım qeyd edib.
Tədbirdə çıxış edən Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov, rayon Mərkəzi Kitabxanasının əməkdaşı Xanım Abışova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə danışıblar. Çıxışlar zamanı Xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğu vurğulanıb, tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq diqqətə çatdırılıb.Daha sonra Vətən müharibəsi iştirakçıları və qaziləri keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər.Şəhid atası İlham Abbasov çıxış edərək, Baş leytenant Ağaqardaş Abbasovun həyatı haqqda  xatirələrini bölüşüb, şəhid ailələinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon rəhbəri Mərdan Camalzadəyə minnətdarlıqını bildirib.
Tədbirin sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçıları və qazilərə xüsusi xatirə hədiyyələri təqdim olunub.
image-252132916_431210131903119_6593441112625435468_nimage-252143484_862948931029557_3445516096821407418_nimage-252142816_1121025811635036_1920799677675063432_nimage-253727681_439130914269880_4745797412730551572_nimage-252061385_665984841034728_8678678473345799139_nimage-251905191_431736511895673_9132420957153275331_nimage-251893981_435947434556525_557901308343977276_nimage-251801002_1241472856379222_8335737414904379987_nimage-251880024_4691536170933131_3452524636582136216_nimage-252490282_360015992548672_6898133328296667892_nimage-252478763_1056294765213623_7347469750728286115_nimage-252756129_433184248411162_556495917011619574_nimage-253298502_423311429242163_7485707412139490555_nimage-253154022_5166952763333946_3872911736790718292_nimage-251929351_395975488843320_6922131166747999842_nimage-251665460_1232920923872150_9215275347551973589_nimage-251177872_1183111638885373_3243939966988902679_nimage-251857850_892813218275175_4218999543422128770_nimage-251526013_236396371815317_5149823847271568956_nimage-253022062_571253917429682_7978283974475148320_nimage-252966975_249157290433508_5572646597917549931_nimage-252289251_1082517835853628_1637125192680469718_nimage-252338095_426661182154824_636756051793991060_nimage-253004722_1181121945746372_6859770508627408775_nimage-251770968_220165013417051_7011009416211313577_nimage-251913290_292163302783651_2453148117680129892_nimage-252593272_428883838608607_5189844074053597464_nimage-252069631_304397811282735_4950037467859345110_nimage-253104207_598138211632660_8110762683512208129_nimage-252836869_432778241796864_4527158541603923914_nimage-252142824_467889007948221_3748119265291527008_nimage-252002141_568179504251279_1297651378425363132_nimage-252394915_1003846713510171_2311886172529413929_nimage-251672187_3129346324015665_3017723862551586435_nimage-252605492_604969694286475_7508782151703128830_n


Xəbər lenti
Çox oxunanlar