Beyləqan rayon Heydər Əliyev Mərkəzində“Xalqın ən böyük milli sərvəti müstəqilliyidir” adlı elmi-praktik konfrans keçirildi- FOTOLAR

Oxunub: 246

16 oktyabr 2021-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Müstəqilliyimizin bərpası gününə həsr olunmuş “Xalqın ən böyük milli sərvəti müstəqilliyidir” adlı elmi-praktik konfrans keçirildi. Keçirilən tədbirdə Beyləqan rayon Ağsaqqallar şurasının sədri, qazilər, idarə müəssisə rəhbərləri, YAP-nin əməkdaşları, mətbuat nümayəndələri, gənclərimiz, rayon mədəniyyət müəssisələrinin bir qrup nümayəndələri eləcədə mərkəzin əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dərin ehtiramla yad etdilər . 

Bu barədə Oxuinfo.az-a Beyləqan Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi , vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova bildirdi ki. XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşmuşdur. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilmişdir. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşamışdır. Kərimova qeyd etdi ki, yalnız 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir.Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Daha sonra çıxış edən Ağsaqqallar şurasının sədri Etibar İmanov, AQM Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Rövşən Namazəliyev, qazi Asim Əliyev, Qurtuluş qəzetinin baş redaktoru Elman İsrafiloğlu çıxışlarında bildirdilər ki,

Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində bizə XXI əsrdə dünya dövlətləri arasında öz layiqli yerini tutan demokratik, hüquqi, sivil bir dövlət bəxş etdiyini və əsası Ulu Öndər tərəfindən qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidentimiz cənab İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimizin daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrildiyini bildirdilər. Müstəqilliyimizin möhkəmlənməsində və əbədi olmasında Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin müstəsna əməyini xüsusi qeyd etdilər.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi


Xəbər lenti
Çox oxunanlar